Premyer Liqa klubunun problemi: "Özümüz də bu vəziyyətə çox narahatıq" - VİDEO

17 Noyabr 2022 14:40 Problem 435
Premyer Liqa klubunun problemi: "Özümüz də bu vəziyyətə çox narahatıq" - VİDEO

«Turan Tovuz»un idman direktoru Nadir Nəbiyev stadion ərazisində yaranmış problemin səbəbinə aydınlıq gətirib.

Sportinfo.az-a açıqlama verən funksioner yardımçı meydançanın yaxınlığında torpaq qatının çökməsinin texniki faktorlarla bağlı olduğunu bildirb.

Sitat: «Bilirsiz ki, 2 il öncə burada böyük inşaat işləri aparılıb. Uşaq futbol akademiyası tikilib, baza tamamilə yenilənib, əlavə meydavnçalar salınıb.

Çöküntü baş verən yer stadionun arxa hissəsində, «şamlıq» deyilən sahədədir. Orada kanalizatsiya qovşağı yerləşir.

Tikinti gedən vaxt mühəndislər axıntı sularının yeri kimi oranı seçməyi lazım bildilər. O aralar stadionun ərazisində bir neçə şirkət çalışırdı.

Hər işə biri baxırdı. Tikintini biri görürdü, təmiri biri edirdi, meydançaya biri baxırdı. Belə texniki işlərə də başqa bir şirkət cavabdeh idi.

Çuxur ilk vaxtlar belə deyildi. Əvvəl istədik özümüz təmir edək, sonra gördük ki, çöküntünün sahəsi genişlənir.

Açığı, təmir gedən zaman biz o tərəfə çox keçə bilmirdik. Ofisə gəlirdik, tikinti zonasına keçmirdik. Çünki ətrafda çox iş gedirdi, hər yer tör-töküntü idi.

Yalnız hansısa vacib iş olanda «şamlıq» tərəfə gedirdik və tikinti prosesini kənardan izləyirdik. Yenidənqurma başa çatandan sonra azarkeşlərin və qonaq komandaların stadiona girişini o tərəfdən saldıq.

Bir az göz qabağında oldu. Bütün çirkab sularının birləşdiyi qovşaq oradadır deyə, açığı, özümüz də bu vəziyyətə çox narahatıq.

Belə məlum olur ki, tikinti vaxtı torpaq qatı yaxşı bərkidilməyib. Ağırtonajlı texnika ilə o yeri çoxlu presləmək lazım olub, elə biliblər iki, iki-üç dəfəylə bəsdir.

Onu tikən şirkətin nümayəndələri bir müddət əvvəl gəlib ora baxıblar. Münasib vaxt tapan kimi həmin yeri qazıb, təmir-bərkitmə işləri aparacaqlar».

VİDEONU BU LİNKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti