Elxan Məmmədovun əvvəl Bakıda, indi Parisdən verdiyi “fatı qalx, fatı otur” prinsipi

16 Noyabr 2022 21:20 Problem 684
Elxan Məmmədovun əvvəl Bakıda, indi Parisdən verdiyi “fatı qalx, fatı otur” prinsipi

İyunda minifutbol üzrə Azərbaycan yığmasının Avropa çempionu olması ölkəmizdə bu idman növünün inkişafına güclü təkan verdi.

Bir müddət əvvəl Gənclər və İdman Nazirliyi federasiyasının akkreditasiyasını təqdiqlədi.

Bu, ilk növbədə federasiyaya hüququ baxımdan peşəkar statusda fəaliyyət göstərməyə imkan verir.

Digər tərəfdən, Minifutbol Federasiyasının AFFA-nın tərkibində olmaması qurumun həm müstəqil, həm də daha səmərəli faəliyyəti üçün şərait yaradır.

AFFA-ya üzv təşkilatların Elxan Məmmədovun əvvəl Bakıda, indi Parisdən verdiyi “fatı qalx, fatı otur” prinsipi ilə necə işlədiyi göz qabağındadır. Birinin belə, müstəqil mövqe ortaya qoymağa cəsarəti yoxdur.

Minifutbol Federasyasının rəhbərliyində öz mövqeyi, fikri olan insanlar əyləşib. Artıq federasiya yeni Azərbaycan çempionatının startına hazırlaşır.

Püşkatma mərasiminə Azərbaycan futbolunun sayılıb-seçilıən şəxsləri də dəvət almışdı. “Qarabağ”ın və “Zirə”nin baş məşqçiləri - Qurban Qurbanovla Rəşad Sadıxov, “Qarabağ”ın kapitanı Qara Qarayev, milli komandanın sabiq oyunçuları - Ruslan Abuşov və Vaqif Cavadov.

Minifutbol Federasiyası isə tədbirdə bürün rəyasət heyəti ilə tmsil olunurdu: qurumun tısisçisi və fəxri prezidenti Orxan Məmmədov, prezidenti Taleh Nəsibov, milli komandaya Avropa çempionluğunu qazandıran baş məşqçi Elşad Quliyev və digərləri.

Tədbirdə çıxış edən Qurban Qurbanov Avropa çempionluğundan sonra ölkədə minifutbola maraq və sevginin daha da artdığını vurğuladı.

Azərbaycanın bir nömrəli futbol məşqçisnin “məşqçi olmasaydım, özüm də minifutbol oynaayrdım” deməsi isə minifutbolçular üçün yəqin ki, yaxşı motivasiya olacaq.

Gələn həftəsonu start götürəcək Azərbaycan çempionatında 17 komanda mübarizə aparacaq.

Bunlar “Aznur”, “Real Bakı”, “Sumqayıt”, “Bakı”, “Xəzər” “Birbaaşa Bakı”, “Qaradağ Lökbatan”, “Füzuli Ərgünəş”, “Dinamo Gəncə”, “Odlar Yurdu” “Dəyirman”, “Dəmir Yumruq”, “Qarabağ”, “Galaxy Şuşa”, “Veteran” və “Zəngəzur” komandalarıdır.

Mövsümün sonunda 1-ci və 2-ci yerləri tutan komandalar Azərbaycanı Çempionlar Liqasında, 3-cü yerin sahibi isə Avroliqada təmsil edəcək.

17 komandalı çempionatın təşkili həm də milli komandanın güclənməsinə kömək edəcək. Yığmamız hazırki Avropa çempionu kimi gələn il keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıb.

Azərbaycanın dünya minifutbol ailəsinə belə uğurla inteqrasiyası bizim federasiya üçün yaxşı perspektiv vəd edir. Avropa və dünya çempionatlarında təmsil olunacaq Azərbaycanın yaxın gələcəkdə bu yarışlardan birinə ev sahibliyi etməsi gözlənilir.

Böyük futbolda illərlə arzuladıqlarımızı, heç olmasa, minifutbolda görək.

İlkin Fikrətoğlu

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!