Milli bu gün Kişinyov şəhərində Moldova komandasıyla ilə yoxlama görüşü keçirəcək.
Yığmamız noyabrın 20-də Şimali Makedoniya ilə yoldaşlıq oyununda üz-üzə gələcək. Bu qarşılaşma paytaxt Skopyedə baş tutacaq.
Hazırda Canni De Byazinin sərəncamında 26 futbolçu var. Qara Qarayev düşərgədə yer almayıb.
Məlum olduğu kimi, baş məşqçi ilə «Qarabağ»ın yarımmüdafiəçisi arasında problem mövcuddur. İtalyan çalışdırıcının onu UEFA Millətlər Liqasının seçmə mərhələsinin son oyunlarına da dəvət etməməsini xatırladaq.
Apenninli mütəxəssis Qarayevin xidmətinə ehtiyac duymamasının səbəbini açıqlamayıb. Qara isə deyib ki, De Byazi ona boyunun qısa olmamasını bəhanə gətirib.
Orta sahə oyunçusu bildirib ki, baş məşqçi bu mövqedə Eddi İsrafilova şans verəcəyini ondan gizlətməyib. Səbəbini də Eddinin hündürboy olmasıyla əlaqələndirib.
İsrafilov neçə həftədir yaşıl sahələrdən kənar qalıb. «Neftçi»nin yarımmülafiəçisi Premyer Liqada zədə alıb və yığmanın qarşıdakı matçlarına da dəvət almayıb.
Demə, 75 yaşlı sükançının Qaranı milliyə qaytarmaq fikri olub. Hətta bununla bağlı AFFA rəsmiləriylə müzakirə aparıb.
Fəqət, federasiya nümayəndələrindən biri iddia edib ki, Qarayev Premyer Liqada «Sabah»a qarşı Suraxanıda keçirilən oyundan (4:3) sonra üzünü lojaya tutaraq, De Byazinin ünvanına qeyri-etik ifadələr işlədib.
İtalyan bu sözə inanıb və yarımmüdafiəçinin adını siyahıdan çıxarıb.
SPORTİNFO.AZ

