Klublardan AFFA-ya irad - Buradan pul verirsiz, oradan geri alırsız

13 Noyabr 2022 15:00 Problem 859
Klublardan AFFA-ya irad - Buradan pul verirsiz, oradan geri alırsız

Premyer Liqa təmsilçiləri AFFA İntizam Komitəsinin fəaliyyətindən narazıdır.

Bu barədə Klublar Komitəsinin son iclasında bildirilib.

Toplantıda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov və Premyer Liqada mübarizə aparan klubların nümayəndələri iştirak edib.

Elita təmsilçilərinin nümayəndələri bildirib ki, İntizam Komitəsi hər xırda nöqsana görə cərimə kəsir və bu, demək olar hər həftə təkrarlanır.

Bildirilib ki, onlara ayrılan vəsaitin bir hissəsi məhz bu kimi cəza tədbirlərinə sərf olunur. AFFA-dan istənilib ki, belə detalları nəzərə alsın və oyunlara təiynat alan nümayəndərinə müvafiq tapşırıq versin:

«Açığını demək lazımdırsa, hər klubda çatışmazlıq var. Bunları birdən-birə aradan qaldırmaq mümkün deyil».

Klub funksionerlərindən bir neçəsi SOXAR tərəfindən ayrılan və AFFA vasitəsilə onlara ödənilən maliyyə yardımının (3,2 milyon manat) məbləğinin azlığından şikayətlənib.

Bildiriblər ki, ianə paketinin miqdarı eyni olmamalıdır, ehtiyaca uyğun bölüşdürülməlidir.

Qeyd edilib ki, paytaxt və bölgə klublarının iqtisadi durumu fərqlidir, bölgü aparılarkən bu fərq özünü rəqmələrdə göstərmlidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti