“Azərbaycanla sülh müqaviləsinin bir neçə variantı var”

12 Noyabr 2022 13:30 Problem 709
“Azərbaycanla sülh müqaviləsinin bir neçə variantı var”

“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, sülh sazişinin bir neçə variantı var:

“Bu variantlardan biri bütün mümkün məsələləri dəqiqləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir saziş bağlamaq olar. Azərbaycanın bu yolla getməsi məqbuldursa, o zaman problem həll oluna bilər”.

“Həmçinin beynəlxalq ictimaiyyət xəbərdar olmalıdır ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır”, - deyə o bildirib.

Paşinyan əlavə edib ki, İrəvan sülh müqaviləsinin mətni ilə bağlı təklifləri Vaşinqtonda keçirilən görüşdə müzakirə olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti