AFFA UEFA-ya müraciət edəcək - ÇL-dəki təxribata görə

27 Oktyabr 2022 00:40 Problem 576
AFFA UEFA-ya müraciət edəcək -  ÇL-dəki təxribata görə

AFFA Çempionlar Liqasının 5-ci turunun Almaniyada "Leyptsiq" - "Real" komandaları arasında keçirilmiş oyun zamanı ermənilərin törətdiyi təxribatla bağlı UEFA-ya müraciət edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

AFFA rəsmisi məsələdən agah olduqlarını və lazımı sənədlərin hazırlanaraq UEFA-ya müraciət ünvanlayacaqlarını bildirib.

Almaniyada keçirilmiş görüşdə Qarabağdakı separatçıların "bayrağı"nı asılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti