"Meta" şirkəti "WhatsApp" sosial şəbəkəsində müşahidə olunan iki saatlıq fasilənin səbəbini açıqlaylb.
Açıqlamada bunun "Meta" şirkəti tərəfindən buraxılan texniki səhvlə bağlı olduğu bildirilib.
"Problemi həll etdik və yaranan narahatlığa görə üzr istəyirik", - şirkət əlavə edib.
Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda “Whatsapp” sosial şəbəkəsinin işində problem yaranıb. Nasazlığın yaratdığı fasilə iki saat davam edib.
Sonuncu dəfə sosial şəbəkədə ötən il problem yaranıb və "WhatsApp" 6 saat işləməyib.

