“Kəpəz” “şef”in Gəncəyə qayıdacağı günü gözləyir

22 Oktyabr 2022 20:40 Problem 1 349
“Kəpəz” “şef”in Gəncəyə qayıdacağı günü gözləyir

Premyer Liqanın 10-cu turu AFFA üçün düşərli oldu.

İntizam Komitəsinin sonuncu iclasında ötən həftəsonu yaşananlara nəzər salan komitə üzvləri klubları küllü miqdarda cərimələməklə diqqət çəkdi.

İK-nın sərt üzünü görənlərdən biri də “Kəpəz”in müdafiəçisi Zamiq Əliyevdir.

Qərara əsasən, “Neftçi”ylə oyunun 62-ci dəqiqəsində rəqib futbolçu Kenni Sayefi kəllə zərbəsi ilə yerə uzadan 21 yaşlı futbolçu qarşıdakı 4 oyunu kənardan izləməlidir.

Bu azmış kimi, klub ona görə 3200 manat ödəməlidir.

Təbii, qayda pozuntusu varsa, cəza-cəriməsi də olmalıdır.

Lakin bu cür hallarda klub rəhbərliyinin cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti etmək hüququ var. Və indiyə qədər bu cür hallarda günahkar futbolçunun ilk cəzası olduğu nəzərə alınaraq güzəştə gedilib.

Bəs, “Kəpəz” Zamiqlə bağlı nə düşünür? Cəzaya görə apellyasiya şikayəti etmək ehtimalı var?

Mövzu ilə bağlı əlaqə saxladığımız “Kəpəz”in mətbuat katibi Azad Mustafayev klubun əsas söz sahibi İlqar Nadirinin hazırda Azərbaycanda olmadığını deyərək, məsələyə İdarə Heyətinin sədri Gəncəyə qayıtdıqdan sonra aydınlıq gələcəyini bildirdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti