"O vaxt Elxan Məmmədov məndən xahiş etdi ki, orada sabitlik yaradım".
Sportinfo.az xəbər verir ki, bu sözlər AFFA-nın Gəncə futboluna kurator təyin etdiyi İskəndər Cavadova məxsusdur.
O, bu vəzifəyə təyinatından söz açıb:
"Çətinlik var idi. Komandanı dirçəltmək lazım idi. Şəhər rəhbərliyi ilə görüşdüm. Amma maliyyə tərəfdən heç nə olmadı.
Dediyim kimi, hazırda "Kəpəz"in futbolçuları evsizdir. Yatmağa, məşq etməyə yerləri, avtobusları yoxdur.
O vaxt bizi 2 gün əvvəldən bazaya yığırdılar, məşq edirdik. İndi isə "Kəpəz"in şəraiti sıfırdır. Bu komandadan nə gözləmək olar?
Şəhərin futbolunu dirçəltmək lazımdır. İcra başçısından da xahiş etdim. Dedilər ki, planda belə bir şey var.
Bir müddət öncə gənclər və idman naziri Fərid Qayıbov Gəncəyə gəlmişdi. O da vəziyyətlə tanış oldu. Avropada 20-22 komandada ilk 8-i nisbətən varlı olur.
Onların arasında girmək qeyri-mümkündür. Digər klublarda isə daha çox yerli futbolçulardır.
Həmin oyunçular da imkanlı kollektivlərə düşmək üçün onlarla matçlarda özlərini ən yaxşı tərəfdən göstərirlər. Bizdə isə komanda sayı azdır. I Divizionda da problemlər var. Lazımi şəraiti yaratmaq lazımdır".

