"Qarabağın gələcəyini Rusiyasız təsəvvür edə bilmirəm" - Arayik Arutyunyan

22 Oktyabr 2022 12:30 Problem 976
"Qarabağın gələcəyini Rusiyasız təsəvvür edə bilmirəm" - Arayik Arutyunyan

“Qarabağın gələcəyini Rusiyanın iştirakı olmadan təsəvvür edə bilmirəm”.

Bunu Qarabağdakı separatçı tör-töküntüsünün başçısı, terrorçu Arayik Arutyunyan qondarma qurumun televiziyasına müsahibəsində deyib.

“Burada belə bir sual yaranır ki, Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısıdır. Lakin münaqişə artıq Ermənistanla Azərbaycan arasında məsələ deyil.

Təəssüf ki, uzun müddətdir ki, bu münaqişənin daha dərin əsasları var. Şuşa bəyannaməsi var. Türkiyənin son müharibədə və müharibədən sonra bölgədəki rolu artıb. Ona görə də biz Rusiyadan təkcə sülhməramlı missiya deyil, daha etibarlı təminatlar gözləyirik.

Bu gün, əlbəttə ki, biz beynəlxalq ictimaiyyətin fəaliyyətini alqışlayırıq. Amma açıq şəkildə demək istəyirəm ki, Rusiyanın zəmanəti olmadan Qarabağın gələcəyi mənim üçün şübhəlidir.

Qarabağın özünümüdafiəsi şübhə altına alına bilməz. Ermənistanın artıq Qarabağın müdafiəsində iştirak etməməsinə baxmayaraq, biz bunu təkmilləşdirməyə davam edəcəyik”, – deyə A.Arutyunyan deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti