"Bizdə futbola pul ayıran şirkətlər yoxdur. Məsələn, "Kəpəz" bu gün küçədə qalıb".
Sportinfo.az xəbər verir ki, bunu "report"a müsahibəsində Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib.
O bildirib ki, "Kəpəz"in futbolçularının qalmağa, məşq etməyə normal yerləri yoxdur:
"Yəqin, "Neftçi" ilə oyunu izlədiniz. Gördünüz, nə qədər azarkeşi var? Bu gün Azərbaycan çempionatında belə azarkeş kütləsi olan komanda yoxdur.
Gəncə ölkənin ikinci böyük şəhəridir. Gözəl aeroportu, dəmiryol vağzalı var. Bir dənə stadion qalıb, onu da tikmək lazımdır.
Şəhərə layiq arena olmalıdır. Orada super komanda yaratmaq olar. Bu şəhərdən yaxşı uşaqlar çıxır.
Bizim vaxtımızda "Neftçi"nin oyunçularının yarısı Gəncədən idi. Bu torpaqda nəsə var, futbolçu yetişir.
Gəncə futbolunu inkişaf etdirmək, orada yaxşı işlər görmək lazımdır".

