“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri baş məşqçinin yeni planına qarşı çıxıb.
Bir neçə ildir Gəncə klubuna rəhbərlik edən iş adamı Tərlan Əhmədovun qış fasiləsində ciddi islahatlar aparmaq istəyini dəstəkləməyib.
Bir müddət əvvəl komandanın sükanı arxasında Yaşar Vahabzadəni əvəzləmiş mütəxəssis legionerlərin bir çoxunu, həmçinin yaşlı yerli futbolçuların xidmətində maraqlı deyil.
Əhmədov, ümumiyyətlə, 6-7 oyunçu gətirmnək niyyətindədir. İdarə Heyətinin sədri maddi cəhətdən buna gücünün çatmayacağını baş məşqçinin diqqətinə çatdırıb:
“Mən son 3-4 ayda kluba öz cibimdən 100 min manatdan artıq vəsait xərcləmişəm. Yeni futbolçular almağa imkanım çatmır. Klubun büdcəsində də o qədər pul yoxdur”.
SPORTİNFO.AZ

