"Neftçi"də təcili araşdırma aparılmalı, günahkarlar cəzalanmalıdır"

21 Oktyabr 2022 17:00 Problem 1 717
"Neftçi"də təcili araşdırma aparılmalı, günahkarlar cəzalanmalıdır"

Ahmed Ahmedov adının "Neftçi" tarixində xüsusi yeri var.

Məhz bu bolqarıstanlı legionerin 2020/21 mövsümünün son turunda "Qarabağ"ın qapısından keçirdiyi qol uzun fasilədən sonra "Neftçi"yə çempionluq titulun gətirmişdi.

Amma çempionluq gətirən qolun müəllifi olan əcnəbi oyunçu haqq etdiyi çempionluq mükafatını ala bilməyib. Daha doğrusu onu aldadıblar.

Bu barədə forvard özü mətbuata açıqlamasında narazılığını dilə gətirib:

"Neftçi"də gözəl günlər keçirmişəm. Kamran Quliyev çempion olduqdan sonra vəd etdiyi mükafatı komandanı tərk edən futbolçulara vermədi.

Sonradan eşitdim ki, “Neftçi”də qalanlara mükafat ödənilib, gedənlər isə yada düşməyib. Əsas odur ki, çox gözəl çempionluq yaşadıq. Yaxşı dostlar qazandım. Həyatda puldan daha vacib şeylər var".

Onun fikirləri "Neftçi" fanatlarını da özündən çıxarıb.

Onlar sosial şəbəkə vasitəsi ilə yazdıqları rəylərdə məsələ ilə bağlı araşdırma aparılmasını tələb ediblər:

"Təcili araşdırma aparılmalı, komandadan ayrılan futbolçulara ayrılmış pulun hansı istiqamətdə xərcləndiyi müəyyən olunmalıdır. Günahkarlar cəzalandırılmalıdır".

"Bir adam görmədim ki, Kamran Quliyevdən razı qalsın".

"Kamran öz cibinə qoyubsa, kiminsə haqqın yeyibsə, bunun cəzası ağır olacaq".

"Kamranın iç üzü budur".

"Ona görə "Neftçi" bu gündədir".

"Klubu gör nə vəziyyətə qoyublar".

"Çempionluq qolunu bu oğlan vurmuşdu. Heç olmasa ona qarşı bu hərəkət olmamalı idi. Kamran Quliyev min manat qabağa düşdü. Soruşsan o pul hara getdi? Deyəcək ki, 1937-dən yığılıb qalan borclara".

"Bu adama daha çox pul verilməliydi, nəinki pulunu kəsmək...".

"Bunu araşdırsalar yeyinti çıxacaq".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti