Bacarmırsansa, ta neyləyəsən, zövq al!

21 Oktyabr 2022 09:40 Problem 954
Bacarmırsansa, ta neyləyəsən, zövq al!

Əslində, «Turan» Tovuzdan Suraxanıya uduzmaq üçün gəlməmişdi.

Heç olmasa, 1 xal qazanmağa ümid edirdilər.

Kvabena Ovusunun erkən qolu qonaqların bütün planlarını pozdu. Belə başlanğıcı qətiyyən gözloəmirdilər və bununla qatar relsdən çıxdı.

Əlbəttə, heç bir məşqçi istəməz ki, rəqib onun komandasını topla «döysün». Ayxan Abbasovun 90 dəqiqəni necə izlədiyini, daxilən hansı hisslər keçirdiyini təzmin edirəm.

Görəndə ki çılpaq səviyyə fərqi göz sulandırır və əlindən ta heç nə gəlmir… Məcbursan zövq almağa.

Çox əzici və əcaib duyğulardır.

«Qarabağ» 3 qol vurdu. Qələbə istəyirdilər, amma qol sayı onların istədiyi alınmadı. Ev sahibləri daha çox fərqlənməyə çalışdı. İmkanları da oldu.

Sadəcə, «Turan»ın öz oyun fəlsəfəsindən imtina etməməsi fərqin daha da böyüməsini əngəllədi.

Oyunun dəqiqəsindən, epizoddan asılı olmayaraq, «Turan» topla rəftar kodeksini dəyişmədi, daim cərimə meydançasının önündə «keşik çəkən»

«Qarabağ»ın bir-birinin ardınca yaratdığı təhlükəli həmlələrdən xilas almaq üçün topu hara gəldi vurmadılar. Ən kritik anlarda belə, müdafiədən topla çıxmağa çalışdılar.

Düzdür, «ikinci toplar»ın 90 faizi yenə «Qarabağ»lı futbolçuların önünə düşürdü, buna rəğmən, qonaqların son dəqiqələrə kimi «yuvarlıq meşin»i qovması, pressinq etməyə çalışması müsbət məqam kimi xarakterizə olunmalıdır.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti