Azərbaycan Kubokunun püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev iştirakçıları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib:
“Kubokun titul sponsoru ilə bağlı bir neçə şirkətlə danışıq aparmışıq, real yanaşanlar var, amma hələ də son məxrəcə gələ bilməmişik, razılaşmadığımız məqamlar var.
Kubokun başlamasına bir aydan çox vaxtımız qalır, ona kimi bütün detallarda razılığa gəlib ən optimal varinatı seçsək, bu mövsümə sponsorla başlayacağıq.
Yox, əgər hər şey düşündüyümüzün əksinə getsə, bu mövsüm kubokun titul sponsoru olmayacaq”.

