Yığmamızın futbolçusunun qardaşı kapitanlıqdan imtina etdi - LGBT-yə görə

18 Oktyabr 2022 11:00 Problem 986
Yığmamızın futbolçusunun qardaşı kapitanlıqdan imtina etdi - LGBT-yə görə

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün qardaşı Orkun Kökçü maraqlı addımla diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, “Feyenoord”un yarımmüdafiəçisi Niderland Erediviziyasının X turunda “Alkmaar”la səfər matçında kapitanlıq sarğısından imtina edib.

Komandanın əsas kapitanı olan 22 yaşlı pleymeyker sarğının göy qurşağı rəngində olmasına narazılığını bildirib.

Dini inanclarına görə LGBT əleyhinə olan Türkiyə yığmasının üzvü bunu dəstəkləyən rənglərə bürünən sarğıdan imtina edib. Nəticədə komandanı meydana kapitan kimi müdafiəçi Gernot Trauner çıxarıb.

“Feyenoord”un 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Orkun Kökçü 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti