“Kaş ki, mən ölərdim, o körpələr sağ qalardı” - VİDEO

17 Oktyabr 2022 15:50 Problem 1 103
“Kaş ki, mən ölərdim, o körpələr sağ qalardı” - VİDEO

Vətən müharibəsinin gedişində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür.

17 oktyabr gecəsinin canlı şahidlərindən biri də raket zərbəsi nəticəsində ailəsinin 5 üzvünü itirən Rövşən Əsgərovdur.

Həmin dəhşətli faciədə R.Əsgərovun atası Suliddin Əsgərov, qardaşı Bəxtiyar Əsgərov, bacısı Sevil Əsgərova, S. Əsgərovanın 10 aylıq körpəsi Narin Xalıqova və R.Əsgərovun böyük bacısının 15 yaşlı qızı Nigar Əsgərova həlak olub.

Rövşən Əsgərovun özü dağıntılar arasından yüngül zədələrlə çıxarılsa da, anası ilə 15 yaşlı oğlu xəstəxanaya yerləşdirilmişdi.

Faciədən sonra əməkdaşlarımızla həmsöhbət olan R.Əsgərov o dəhşətli gecədən danışmışdı.

Sözügedən videoreportajımız ilk dəfə ötən il oktyabrın 17-də yayımlanıb (qafqazinfo).

Emin Səfərov

Foto-Video: Pərvin Zeynal

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti