İcraçı direktor: "Hər zaman icra başçısının özü ilə görüşmək mümkün olmur"

15 Oktyabr 2022 21:00 Problem 799
İcraçı direktor: "Hər zaman icra başçısının özü ilə görüşmək mümkün olmur"

«Heç də hər zaman icra başçısının özü ilə görüşmək mümkün olmur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev deyib.

Bir neçə ay öncə klublara dəstək məqsədilə yaradılan FİF-in fəaliyyəti haqda danışan müsahib yerlərdə rəsmi dairlərlə əlaqə qurmağın asan olmadığını bildirib:

«İndiyə qədər neçə icra başçısı ilə üzbəüz görüşmüşük? Bəzən müavinlərlə söhbət edirik.

Söhbət ümumi icra hakimiyyətlərindən gedirsə, 5 qurumla görüşümüz olub.

Regionalarda elədir ki, onların planı var, biz də hər dəfə orada ola bilmirik. İstənilən halda isti və soyuq münasibət göstərən icra orqanları var».

Digər Xəbərlər
Xəbər Lenti