“Qarabağ Azərbaycanın tərkibində olmamalıdır” qeydini Bakı və İrəvan arasında gələcək sülh müqaviləsinə daxil etmək lazım deyil”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Düşünmürəm ki, iki ölkə arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsində belə bir qeyd olmalıdır”, - deyə Simonyan qeyd edib.
Onun sözlərinə görə, bu, mümkün sülh müqaviləsini heç edə bilər.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Azərbaycanın sözügedən sülh müqaviləsini ilin sonuna qədər imzalamağı planlaşdırdığını deyib.

