Tanınmış şəxs bilet ala bilmədi, təhqirə keçdi: “Yalançıya lənət!” - VİDEO

13 Oktyabr 2022 14:00 Problem 1 781
Tanınmış şəxs bilet ala bilmədi, təhqirə keçdi: “Yalançıya lənət!” - VİDEO

İctimai fəal, daha çox “instagram”dakı videoları ilə tanınan Elçin Ləmbəranski “Qarabağ” – “Olimpiakos” matçından əvvəl maraqlı video paylaşıb.

Ləmrəranski oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü izləmək üçün arenanın kassalarına baş çəkib.

Lakin övladlarının arzusunu gerçəkləşdirmək üçün bilet ala bilməyib.

Elçin bəyə 5-10 manatlıq biletlərin tükəndiyini deyib, 70 manatlıq bilet təklif ediblər.

Əsasən şəhid ailələri, qazilər, imkansız ailələrlə bağlı etdiyi paylaşımlarla və yardım aksiyaları ilə tanınan “instagram” fenomeni stadionun önündə bu vəziyyətlə üzləşincə, dərhal oradan video hazırlayıb.

O, biletlərin tükənməsi ilə bağlı yalan danışanları “yalançının atasına, nəsil-kökünə lənət” şəklində təhqir edib.

Videonu tam şəkildə təqdim edirik:

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti