"Federasiya futbolun inkişafından başqa, hər işlə məşğuldur"

11 Oktyabr 2022 09:00 Problem 872
"Federasiya futbolun inkişafından başqa, hər işlə məşğuldur"

Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsinin (İK) sabiq üzvü Anna Tadevosyan qurumun fəaliyyətini sərt tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, feysbukdakı şəxsi səhifəsindəki paylaşımda federasiyadakı nöqsanları açıqlayıb.

Tadevosyan bildirib ki, artıq İK-dəki işini davam etdirməyəcək: "Bu qurum futbolu inkişaf etdirməkdən başqa, hər işlə məşğuldur.

Son bir ildə federasiya rəhbərliyi bir sıra əsassız qərarlar verib. Nəticədə futbolun inkişafı üçün səylərini əsirgəməyən şəxslər işdən çıxarılıb.

Anna Tadevosyan 2018 - 2019-cu illərdə Ermənistan Futbol Federasiyasının qadın futbolu şöbəsinə rəhbərlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti