"Olimpiakos"un futbolçusu Qonsalo Avilanın Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçını buraxacağı dəqiqləşib.
Sportinfo.az xəbər verir ki, bud əzələsindən zədə alan 24 yaşlı müdafiəçi tibbi müayinədən keçib.
Onun təqribən 10 gün yaşıl meydanlardan kənarda qalacağı bəlli olub.
İspaniyalı oyunçu Bakıdakı avrokubok qarşılaşması ilə yanaşı, Yunanıstan Super Liqasında PAOK-la VIII tur görüşündə də iştirak edə bilməyəcək.
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" oyunu saat 20:45-də başlayacaq.

