"Qarabağ"la oyundan öncə başına iş gəldi İspaniyalı müdafiəçinin

10 Oktyabr 2022 12:40 Problem 1 006
"Qarabağ"la oyundan öncə başına iş gəldi  İspaniyalı müdafiəçinin

"Olimpiakos"un futbolçusu Qonsalo Avila Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçını buraxa bilər.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı müdafiəçi OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının VII tur oyununda bud nahiyəsindən zədələnib.

39-cu dəqiqədə ispaniyalı oyunçunun yerinə meydana Marios Vrusay daxil olub. Qonsalo Avilanın durumuna bu gün aydınlıq gələcək.

Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti