Premyer Liqanın 9-cu turunun "Neftçi" ilə matçında zədələnən "Turan Tovuz"un futbolçusu Ehtiram Şahverdiyevin durumu ciddi deyil.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi xəstəxanada müayinə olunduqdan sonra evə buraxılıb.
Futbolçu 2 günlük istirahətin ardından komanda ilə məşqlərə qoşulacaq.
"Neftçi" - "Turan Tovuz" qarşılaşması 0:0 hesablı bərabərliklə başa çatıb.

