Daha öncə xəbər verdiyimiz kimi, FIFA Namiq Ələsgərova və daha bir neçə legionerə görə "Bursaspor"a transfer qadağası qoyub.
Buna klubun müqavilə şərtlərini yerinə yetirməməsi və ona olan borcunu tam ödəməməsi səbəb olub.
Qərara əsasən, Türkiyənin II Liqa təmsilçisi qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu qata bilməyəcək.
Ali futbol qurumu klubu xorvatiyalı futbolçu Luka Tsapanın şikayəti əsasında cərimələyib. Ələsgərov və Tsapanla yanaşı, Tim Matavj və Regi Ofosunun müqaviləsindəki öhdəlikləri də yerinə yetirməyib.
Azərbaycan millisinin futbolçusu 2021/2022 mövsümündə "yaşıl timsahlar"ın formasını geyinib.
27 yaşlı vinger TFF I Liqada meydana çıxdığı 33 rəsmi matçda 6 qol vurub. Komanda II liqaya düşdükdən sonra azad agent kimi "Sabah"a keçib.
«Bursaspor» ötən ilin sentyabrında müqavilə bağladığı Ələsgərova 200 min avrodan artıq təzminat ödəyəcək. Millimizin üzvü «yaşıl timsahlar»ın son 5 ayın əməkhaqqısını ödəmədiyini məktubda göstərib.
Məhkəmə həm bu, həm də digər xüsusatları incələyib. Bu zaman Ələsgərovun «Sabah»la müqavilə bağlamaqla nə qədər pul itirməsi hesablanıb.
Bilindiyi kimi, o, «Bursaspor»la 2+1 illik müqavilə imzalamışdı. Şəhərin eyniadlı təmsilçisi TFF I Liqada yerini qoruya bilmədiyindən, digər legionerlər kimi, Ələsgərovla da vidalaşmalı olub.
II Liqada əcnəbi statuslu futbolçuların çıxış etməsinə icazə verilmədiyindən, o, azad agent statusu alıb.
Belədə Namiq «Sabah»a keçməli olub. «Bursaspor»la müqavilədə nəzərdə tutulmuş məbləğdən da aşağı rəqəmə. FİFA-nın qərarına əsasən, Türkiyə klubu futbolçumuzun bu müddət üçün itirdiyi pulu da ona ödəməlidir.
"Bursaspor" qadağını üzərindən götürmək üçün bəzi addımlar atmağa başlayıb. Yerli valilik və bələdiyyənin nümayəndələri "yaşıl timsahlar"ın funksionerləri ilə bu yöndə görüş keçirib.
Toplantının yekununa əsasən, şikayətçi futbolçularla danışıqların aparılması, borcun 6 ay ərzində hissə-hissə ödənilməsi, onlardan da FİFA-ya bununla bağlı razılıq məktub göndərmələrinin istənilməsi qərara alınıb.
SPORTİNFO.AZ

