«Turan»ın ilk prezidenti Vidadi Əhmədov verdiyi sözü yerinə yetirməyib.
O, bir neçə ay öncə mətbuata açıqlamasında «Turan Tovuz»a 10 min manat yardım göstərəcəyini vəd etsə də, yalnız 240 manat ödəyib.
Həmin vəsait əsas komandaya avtobus alınması üçün ayrılıb.
«Turan Tovuz»un Müşahidə Şurasının yeni tərkibində yer alan Əhmədov 1992-2002-ci illərdə «Turan»ın prezidenti olub. Daha sonra «Neftçi»də vitse-prezident işləyib. Hazırda şəxsi bizneslə məşğuldur. Tikinti sektoru üzrə ixtisaslaşan şirkəti var.
İş adamı ilin əvvəlində mətbuata açıqlamasında bildirmişdi ki, AFFA «Turan Tovuz»u Premyer Liqaya qaytararsa, kluba 10000 manat ianə edəcək.
SPORTİNFO.AZ

