1 ay yaşıl meydanlardan uzaq qalacaq - "Qarabağ"la matçları buraxacaq

6 Oktyabr 2022 03:40 Problem 676
1 ay yaşıl meydanlardan uzaq qalacaq - "Qarabağ"la matçları buraxacaq

"Olimpiakos"un Yunanıstan çempionatının 6-cı turunun "Atromitos"la matçında (2:0) zədələnən hücumçusu Yussef Əl-Arabinin durumu bəlli olub.

Sportinfo.az xəbər verir ki, tibbi müayinədən keçən 35 yaşlı forvardın zədəsinin ciddi olduğu müəyyənləşib.

Mərakeşli futbolçunun diz bağlarında problem aşkarlanıb. O, azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu isə təcrübəli oyunçunun Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la hər iki matçını buraxacağı deməkdir.

"Qarabağ" Olipiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti