DƏHŞƏT: “Neftçi”də tanındı, çempionluq qazandı, SPİD-ə yoluxdu, “narkoman”a çevrildi - VİDEO

5 Oktyabr 2022 23:20 Problem 2 415
DƏHŞƏT: “Neftçi”də tanındı, çempionluq qazandı, SPİD-ə yoluxdu, “narkoman”a çevrildi - VİDEO

Jurnalist Nail Kəmərli atletika üzrə Azərbaycan millisinin sabiq üzvü İbrahim Əhmədov haqda reportaj hazırlayıb.

Sportinfo.az xəbər verir ki, 7 ilə yaxındır peşəkar idman həyatından uzaq düşən Əhmədov hazırda narkotik asılılığından əziyyət çəkdiyini bildirib.

İbrahim Əhmədov 18 il yüngül atletika üzrə Azərbaycan yığmasının üzvü olub. O, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında 400 metr sədli qaçış yarışlarında 7-ci yeri tutub.

İbrahim nakotika ilə yanaşı, QİÇS və vərəm xəstəliklərindən əziyyət çəkir.

Bir ildir evdən bayıra çıxmadığını söyləyən keçmiş atlet vaxtilə “Neftçi” İdman Klubunu təmsil etdiyini, uzun illər onıardan maaş aldığını, zədələndikdən sonra isə ona münasibətin dəyişdiyini deyib.

O, federasiya rəhbərliyinin müalicəsinə pul ayırmaqdan boyun qaçırdığını bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti