Azərbaycandan qalib olan komandanın mükafatını niyə vermirlər?

5 Oktyabr 2022 22:20 Problem 597
Azərbaycandan qalib olan komandanın mükafatını niyə vermirlər?

"Coca-cola"nın sponsorluğu ilə AFFA-nın nəzdində təşkil olunanan sonuncu EML Pro liqasınan başa çatmasından 3 aydan çox vaxt keçir.

Yarışın qalibi "Şamaxı", Gümüş medalların sahibi RUEM komandası, bürünc medalların sahibi isə "Araz Bakı" olmuşdu.

Amma Kiber komandalarından təşkil olunan yarışın qalibləri mükafatlarına hələ də qovuşmayıb.

Söhbət qaliblərə çatmalı olan puldan gedir.

Təşkilatçılar qalibə 2500 manat, ikinci yerə 1000 manat, üçüncü yerə isə 500 manat mükafat təyin etsə də, göstərilən məbləğ hələ də sahiblərinə verilməyib.

Ən acınacaqlısı isə odur ki, final günü "CBC Sport"un çəkiliş qrupuna elə təqdim olunub ki, guya mükafatlar sahiblərinə verilib. Amma əslində onlara yaxın 10 gündə bunun reallaşacağı bildirilib.

Komanda üzvlərinin hər dəfə etdiyi müraciətə cavab olaraq “yaxın vaxtda veriləcək” vədi verilir.

Ancaq arxada qalan 3 ayda dəfələrlə vəd verilən o yaxın vaxt isə gəlib çatmır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti