Mahir Emreli növbəti dəfə... Bu, nə bəladır belə?

3 Oktyabr 2022 19:20 Problem 2 111
Mahir Emreli növbəti dəfə... Bu, nə bəladır belə?

Azərbaycan millisinin və "Dinamo"nun (Zaqreb) komandasının forvardı Mahir Emreli növbəti dəfə zədələnib.

Sportinfo.az "index.hr" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu bu səbəbdən Zaqreb təmsilçisinin ölkə çempionatının XI turunda evdə "Slaven"ə 4:1 hesabı ilə qalib gəldiyi matçda iştirak etməyib.

O, sözügedən oyun üçün komandasının iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.

Yerli mətbuat forvardın hansı şəraitdə zədə aldığını yazmayıb.

Mahir Emreli iyulun sonlarında belindəki zədəyə görə "Dinamo"nun bir neçə oyununu buraxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM