"Ümidimiz ancaq Allaha qalıb, bəlkə möcüzə oldu"

25 Sentyabr 2022 11:20 Problem 602
"Ümidimiz ancaq Allaha qalıb, bəlkə möcüzə oldu"

2020-ci ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev hələ də komadadır.

Xəstəxanada həkimlərin səhlənkarlığtı nəticəsində beyin insultu keçirən məşqçi növbəti dəfə müayindən keçirilib.

Ev şəraitində müalicəsi davam etdirilən mütəxəssisə təcili qan köçürülüb. Yaxınlarının redaksiyamıza bildirdiyinə görə, pasiyentin bədəni qəbul edilən dərmanlara zəif reaksiya göstərir:

«Günün çox hissəsini yatır. Gözünü nadir hallarda açır. Onda da gözünü məchul bir nöqtəyə dikib qalır.

Bəzən hündürdən adını çağırırıq, üzünü çevirə bilmir, elə gözüylə ora-bura baxır, sanki kimisə axtarır.

Hər gün həkim nəzarətindədir. Onlar da deyir, gözləyin. Çünki beynində atrofiya gedib. Deyirlər, hər şey ola bilər.

Nə resept yazırlar, nə məsləhət görürlər, edirik. Ümidimiz ancaq Allahadır. Bəlkə möcüzə oldu…».

SPORTİFNO.AZ

Digər Xəbərlər
Xəbər Lenti