Pul problemi Premyer Liqanın 3 klubunu “dalana dirəyib”

24 Sentyabr 2022 23:00 Problem 1 120
Pul problemi Premyer Liqanın 3 klubunu “dalana dirəyib”

Premyer Liqa klublarında qeyri-müəyyənlik davam edir.

Belə ki, mövsüm azalır iki aydı start götürsə də futbolçular hələ də maaş üzünə həsrətdi.

Söhbət "Kəpəz", "Şamaxı" və "Turan Tovuz"dan gedir.

Sentyabrın əvvəli avqust ayının maaşları ödənməli olsa da, hələ bir xəbər yoxdur.

"Turan Tovuz" və "Kəpəz" bu il Premyer Liqaya yüksəlib.

Hər üç klubun da büdcəsinin dövlət tərəfindən ayrılan 3 milyon manatdan asılı olduğunu bildirək.

Yayda formalaşan kollektivlərin bu günə qədər olan xərcləri İcra başçıları və ya müəyyən şəxslərdən alınan borclar hesabına ödənib. Maaşlarla bağlı isə belə bir imkan yoxdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda