Başına iş gəldi, Avstriya klubuna keçidi alınmadı: “Gördülər ki, söhbət uzanır...”

8 Avqust 2022 20:00 Problem 841
Başına iş gəldi, Avstriya klubuna keçidi alınmadı: “Gördülər ki, söhbət uzanır...”

“Karyeramı Avstriyanın ikinci Bundesliqasında davam etdirməliydim. Son anda ortaya problem çıxdı”.

“Neftçi”, “Qəbələ”, “Sumqayıt” kimi komandaların şərəfini qorumuş, Azərbaycanın bütün yaş qruplarından ibarət millilərində çıxış etmiş Amit Quluzadə Sportinfo.az-a açıqlamasında yenidən klubsuz qalmasının səbəbini deyib.

Avstriyadan sərfəli təklif alan yarımmüdafiəçi karyerasını Avropadau davam etdirməyin xəyallarını qurarkən əngəllə üzləşib:

“Klubla vergi məsələsində anlaşa bilmirdik. Onlar vergini mənim ödəməyimi istədiyindən razılaşmırdıq.

Sonradan yoluna qoyduq, klub tərəfindən ödəniləcəyini bildirdilər. Rəsmi təklif göndərdilər ki, səfirliyə yaxınlaşıb viza alım. Özləri də Bakıdakı səfirliyə məktub göndərmişdilər.

Səfirlikdən müqavilənin 27 illik nəzərdə tutulduğunu, amma 2 illik viza verməyin mümkünsüzlüyü deyildi. Bunun üçün Avstriya hökümətindən yaşamaq icazəsi almalıydım.

Onu əldə etmək isə 5-10 günün işi deyil. Azı 1 ay, ayyarım çəkir, bəlkə də çox. Klubdan gördülər ki, söhbət uzanır, viza ala bilmirəm, yerimə Çexiyadan futbolçu aldılar”.

Amit Quluzadə daha əvvəl “Neftçi”, “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo), “Milsami” (Moldova), “Çelik”də (Bosniya və Hersoqovina) və “ATSV Ştadl-Paura”da (Avstriya) çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?