Çempionat oyununda qorxulu olay: Futbolçu komaya düşdü - VİDEO

8 Avqust 2022 02:10 Problem 909
Çempionat oyununda qorxulu olay: Futbolçu komaya düşdü - VİDEO

Moldovanın “Zimbru Kişinyov” klubunda çıxış edən Donni van İperen “Dinamo-Auto” ilə oyunda ciddi zədə alıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı niderlandlı futbolçu hazırda həyatda qalmaq uğrunda mübarizə aparır.

O, 11-ci dəqiqədə rəqibin qapıçısı ilə toqquşub və yerə yıxılaraq huşunu itirib. Həkimlər onun həyatını xilas etmək üçün dərhal sahəyə qaçıblar.

“Zimbru”nun oyunçusu xəstəxanaya köçürülüb. Klubdan verilən açıqlamaya görə, o, hazırda komadadır:

“Bu çətin anlarda bütün fikrimiz Donni van İperenlədir. Hollandiyalı futbolçu Kişinyovdakı xəstəxanaya köçürülüb və ona tibbi yardım göstərilir. Donni, möhkəm ol, hamımız sənin üçün dua edirik”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Yanvar 20:00 Çək və bizə göndər!