Azərbaycan millisinin hücumçusuna yaxın duran yoxdur

28 İyun 2022 20:40 Problem 3 160
Azərbaycan millisinin hücumçusuna yaxın duran yoxdur

Azərbaycan millisinin sabiq hücumçusu özünə klub tapa bilmir.

Söhbət vaxtilə Premyer Liqa komandalarının şərəfini qorumuş, yığmaların uğurları üçün tər tökmüş Ruslan Qurbanovdan gedir.

Son olaraq Belarus “Slaviya Mozır”ının sıralarında olmuş 30 yaşlı futbolçu oradan ayrıldıqdan sonra işsiz qalıb.

Maraqlıdır ki, Azərbaycan Premyer Liqasında komandaların sayı artmasına baxmayaraq, Qurbanovun xidmətinə gərək duyan yoxdur.

Səbəbkar Sportinfo.az-a açıqlamasında bunun səbəbini bilmədiyini söyləyib:

“Görünür, Azərbaycanda heç kimə lazım deyiləm. İndiyə qədər nə zəng edən olub, nə də maraqlanan. Komanda sayı artsa da, təklif gəlməyib. Təkliflərə və müzakirələrə açığam. Hazırda fərdi məşqlərlə kifayətlənirəm. İnşallah, yaxşı olar”.

Ruslan Qurbanov vaxtilə “Neftçi”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Keşlə” (indiki “Şamaxı”), “Zirə” kimi komandaların formasını geyinib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı