Meymunçiçəyi virusu ilə bağlı XƏBƏRDARLIQ

25 İyun 2022 12:30 Problem 723
Meymunçiçəyi virusu ilə bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusunun qarşısının alınmadığı təqdirdə yeni pandemiya ola biləcəyini bildirib.

Bu fikirlər ÜST-nin fövqəladə hallar komitəsinin iclasında səsləndirilib.

Meymunçiçəyi virusu artıq 58 ölkədə müşahidə olunub. Ümumilikdə 3 min 417 nəfərdə virusa yoluxma halı təsdiqlənib.

Müxtəlif qitələrdə yoluxanların sayı hər həftə artır. Ölkələr xəstəliklə mübarizə məqsədilə qlobal əməkdaşlıq etmədiyi təqdirdə virus yayılmağa davam edəcək.

ÜST qeyd edib ki, meymunçiçəyi virusu çiçək xəstəliyindən daha az ölüm nisbətinə malikdir, lakin virusun yayılmasının qarşısını almaq üçün müvafiq praktiki tədbirlər görülmədiyi təqdirdə milyonlarla insanın ölümünə səbəb ola bilər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı