“Sülhməramlıların bu hərəkəti..." - CİDDİ NARAZILIQ

23 İyun 2022 16:50 Problem 626
“Sülhməramlıların bu hərəkəti..." - CİDDİ NARAZILIQ

“Sülhməramlıların dislokasoya yerləri daim dəyişə bilir.

Əvvəlki xəritələr də nümayiş elətdirir ki, Rusiya Silahlı Qüvvələrin komandanlığında bununla bağlı dəqiq təsəvvürlər mövcud deyil.

Ümumiyyətlə, həm Qarabağın kiçik hissəsindəki müvəqqəti kontingent, həm də Rusiya hərbi elitasının Qarabağ haqqında təsəvvürləri savadlı deyil. Onlar sadəcə yuxarıdan gələn direktivləri yerinə yetirirlər”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bu fikirləri musavat.com-a Rusiya sülhməramlılarının Qarabağla bağlı sərgilədiyi yanlışlıqlarından, sonuncu xəritə oyunbazlığından bəhs edərkən söylədi.

Ekspert bildirdi ki, bundan əvvəl də sülhməramlıların müvəqqəti təsir dairəsi ilə bağlı yayılan xəritələrdə müəyyən dəyişikliklər olurdu

: “Bunun iki səbəbi ola bilər: birinci, Rusiya hərbçiləri vasitəsiylə bu tip xəritə oyunlarından həm Azərbaycan, həm də Ermənistana təzyiq üçün istifadə edə bilər. İkinci, ola bilsin ki, bu, sadəcə elementar naşılıq və bacarıqsızlıqdır”.

T.İsmayılov qeyd etdi ki, istənilən halda, strateji müttəfiqlik sazişi imzalayan Azərbaycana yanaşmada Rusiya hərbi elitası kifayət qədər diqqətli olmalıdır: “Dəfələrlə Qarabağdakı yer adları orijinal, Azərbaycan dilində deyil, qondarma erməni dilində yazılıb. Ola bilər ki, Rusiya Müdafiə Nazirliyi bununla ermənilərin də “könlünü xoş etmək” istəyir. Amma Azərbaycan Rusiyanın ərazisində hansısa separatçı adlara isti baxmadığı kimi, Rusiya Müdafiə Nazirliyi də ehtiyatlı olmalıdır. Rusiya sülhməramlıları komandanlığının Azərbaycan toponimlərini olduğu kimi yazmamağı Azərbaycan və Rusiya arasındakı münasibətlərin ruhuna ziddir. Sülhməramlı kontingentin rəhbəri Volkov başda olmaqla, Rusiya Müdafiə Nazirliyinin bu tip təxribatçı fəaliyyətinə yəqin ki, Sergey Lavrovun iki günlük Bakı səfərində etiraz ediləcək. Rusiya da daxil olmaqla, bütün dövlətlər digərlərinin ərazi bütövlüyünə hörmət etməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!