Məşhur hücumçu həbs edilməmək üçün 3,8 milyon avro ödəyəcək

21 İyun 2022 12:00 Problem 702
Məşhur hücumçu həbs edilməmək üçün 3,8 milyon avro ödəyəcək

Kamerun millisinin sabiq ulduzu Samuel Eto'o "Barselona"da oynadığı dönəmdə (2004-2009) vergidən yayınmaqda ittiham olunduğu üçün 22 aylıq həbslə cəzalanıb və 1,8 milyon avro məbləğində cərimələnib.

Sportinfo.az xəbər verir ki, məhkəmə prosesində sabiq oyunçu vergidən yayındığını qəbul edib. Eto'o həbs olunmamaq üçün 3,8 milyon avro ödəyəcək.

Sabiq futbolçu haqda ilk olaraq 10 il müddətinə həbs cəzası tələb edilmişdi. Ancaq o, 2 milyon avroluq vergi borcunu ödədiyi üçün ağır cəzadan qurtulmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti