“Xəzər Lənkəran” rəsmisindən rəhbərliyə ŞOK SÖZLƏR: “Narahat olmayın, pul istəmir”

20 İyun 2022 20:00 Problem 1 750
“Xəzər Lənkəran” rəsmisindən rəhbərliyə ŞOK SÖZLƏR: “Narahat olmayın, pul istəmir”

“Xəzər Lənkəran”ın sabiq rəsmisi Hüseyn Cəbrayıloğlu sosial şəbəkədə etdiyi paylaşımla diqqətləri üzərinə çəkib.

Vaxtilə klubda mətbuat katibi kimi fəaliyyət göstərmiş “feysbuk” hesabında yazdıqları ilə “Palmali” rəhbərliyini doğru qərar verməməkdə suçlayıb.

O, “Xəzər Lənkəran” azarkeşi kimi tanınan Elman Tağıyevin (Eliko) müdafiəsinə qalxıb:

Müqaviləni uzadacaq – Daim ehtiyatda qalan qapıçı

“Palmali” rəhbərliyinə!

Sizi sevdirən, sizi konkret qüvvə edən “Xəzər Lənkəran” olub.

Azərbaycan müasir futbol tarixində klubuna görə uzun müddət həbsdə yatan yeganə azarkeş, trubunada daima lokomotiv qüvvə rolu oynayan Elman Tağıyev – Eliko Tagizadeh bir müddətdir İstanbuldadır və könül verdiyi klubunun fəxri prezidenti ilə (Mübariz Mənsimov) görüşmək istəyir.

Narahat olmayın, pul istəmir və oraya gedən 7 manatlıq jurnalistdən tutmuş müğənnisinə kimi, çoxundan daha etibarlı, lazımlı insandır.

Heç olmasa, ildə iki dəfə də doğru qərar verin”.

Digər Xəbərlər
Xəbər Lenti