SOCAR Premyer Liqa klublarını niyə bu qədər gözlədir?

20 İyun 2022 14:40 Problem 1 703
SOCAR Premyer Liqa klublarını niyə bu qədər gözlədir?

SOCAR-dan dotasiya alan Premyer Liqa klublarının səbri tükənmək üzrədir.

Gələn ay avrokuboklarda yeni mövsümə start veriləcək, avqustda isə ölkədaxili yarışmalar.

«Neftçi» başda olmaqla, neft şirkətinin yardım paketinə gözünü dikən elita təmsilçiləri gözləmə mövqeyindədir. AFFA indiyədək onlara bir neçə vəd verib, gəl ki, hər dəfə məsələ açıq qalıb.

Nəhayət, bu həftə bütün suallar öz cavabını tapacaq. Federasiyadan redaksiyamıza bildirilib ki, proses SOCAR-ın nəzarətindədir.

Belə ki, şirkət əsas himayədarı olduğu AFFA-da bir müddət əvvəl audit aparıb. Qurumun maliyyə sənədlərinin təftişi bir neçə ay davam edib. Auditorlar araşdırmaların nəticələri barədə SOCAR-a hesabat təqdim eləyib.

SOCAR həm araşdırma, həm də klublara ayrılacaq vəsaitin miqdarını müəyyənləşdirmək üçün İqtisadiyyat Nazirliyi ilə müzakirələr aparıb.

Eyni zamanda, «Misli» ilə. Yeni yaranmış qanuni mərc oyunları operatoru Premyer Liqanın titul sponsoru olmağa ən real namizəddir.

Böyük ehtimalla, hər iki xəbər eyni vaxtda açıqlanacaq – həm SOCAR-ın ianə, həm də «Misli»nin sponsorluq paketinin məbləği.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti