Oğlu ölkəmizin ən sərrast futbolçusunun SON DURUMUnu açıqladı: “Halı dəyişdi”

19 İyun 2022 10:40 Problem 1 529
Oğlu ölkəmizin ən sərrast futbolçusunun SON DURUMUnu açıqladı: “Halı dəyişdi”

“Arada səhhətində müəyyən problemlər baş qaldırmışdı.

10-15 gündür vəziyyəti yaxşıdır. Həkimlərin dediyinə görə irəliləyiş var”.

90-cı illərin tanınmış futbolçularından olan Nazim Əliyevin oğlu Elgiz Kərəmli Sportinfo.az-a açıqlamasında atasının son durumu ilə bağlı danışıb.

Şəkərli diabetdən əziyyət çəkən ötənlərin məşhur hücumçusu ötən il koronavirusa yoluxmışdı.

Virusa yoluxması səhhətində daha ciddi problemə yol açmışdı ki, həkim müayinəsindən sonra Əliyevə qara ciyər serrozu qoyulmuşdu.

Kərəmli atasının hazırkı durumunun xeyli yaxşılaşdığını deyib:

“AFFA-ya rəsmi müraciət edəndən sonra müəyyən köməklik göstərdilər. Sağ olsunlar, azdan-çoxdan maddi yardım etdilər.

Artıq yataq rejiminə son qoyulub deyə bilərəm. Gəzmək, hərəkət etmək, havada olmaq lazımdır. Ona görə də həyətə düşür, 30-40 dəqiqə gəzib qayıdır. Müalicəsi çətin xəstəlikdir.

Baxırsan ki, yaxşıdır. Bir də görürsən halı dəyişdi. İynə, dərman, sistem edirlər, özünə gəlir. Bir müddət yaxşı olur, nə vaxtsa yenə tutur.

Allah sizdən razı olsun! Axtarırsınız, maraqlanırsınız. Allahın izni ilə hər şey yaxşı olar”.

59 yaşlı mütəxəssis futbolçu karyerasında “Neftçi”, “Qarabağ”, “Xəzər” (Sumqayıt), “Dinamo” (Bakı) kimi komandaların şərəfini qoruyub ki, Azərbaycan milli çempionatlarında vurduğu 183 qolla indiyə qədər ən sərrast futbolçu hesab olunur.

Vaxtilə peşəkar futbolla məşğul olan Elgiz Kərəmli hazırda U-18 millisində baş məşqçi Aqil Nəbiyevin köməkçisidir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"