Xanımının pintiliyindən şikayətləndi: “Hərdən çimir” - FOTOLAR

19 İyun 2022 03:50 Problem 1 777
Xanımının pintiliyindən şikayətləndi: “Hərdən çimir” - FOTOLAR

Sportinfo.az xəbər verir ki, bir vaxtların əfsanəvi yarımmüdafiəçisi Devid Bekhem həyat yoldaşı Viktoriya ilə bir-birlərində qıcıq yaradan xasiyyətlərindən danışıb.

Onun sözlərinə görə, Viktoriya keçmiş futbolçunun boğazını öskürəklə təmizləmək vərdişini sevmir.

Bekhemə gəlincə isə o, xanımının pintiliyindən şikayət edib.

“Mən çox təmizkaram, o isə yox. Mən səliqəliyəm, o deyil. O hərdən çimir”, - deyə futbolçu gülərək bildirib.

“İnsanlar həmişə geyimimə, saçıma və ya döymələrimə Viktoriyanın təsir etdiyini düşünürlər, lakin mən dəbi sevirəm”, - deyə Bekhem əlavə edib.

"Mançester Yunayted”, “Real” və İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhem 1999-cu ildən model və “Spice Girls” qrupunun üzvü Viktoriya ilə evlidir, cütlüyün üç oğlu və bir qızı var.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu