Cəhənnəm qapımızdadır – ŞOK XƏBƏRDARLIQ

19 İyun 2022 03:30 Problem 3 113
Cəhənnəm qapımızdadır – ŞOK XƏBƏRDARLIQ

"Onlarla ölkədə etirazlar, qeyri-sabitlik və aclıq başlaya bilər".

Bu sözləri BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Besli deyib.

O bildirib ki, buna səbəb bütün dünyada ərzağın sürətlə bahalaşmasıdır.

Ədis-Əbəbədə çıxışında Besli qeyd edib ki, dünya qorxuducu qıtlıqla üzləşib. O, xüsusilə Rusiya və Ukrayna taxılından asılı olan ölkələrdə vəziyyətin pisləşəcəyindən narahatlığını ifadə edib.

“Hələ Ukrayna krizisindən öncə biz COVİD-19 pandemiyası və yanacağın qiymətinin qalxması ilə üz-üzə qaldıq. O zaman düşünürdük ki, bundan pis ola bilməz. Ancaq Ukraynada başlayan müharibə daha pisi olduğunu üzə çıxardı”, - o deyib.

“Quardian”ın məlumatına görə, Ukrayna hər il 400 milyon insanı təmin edən ərzaq məhsulları ixrac edir. Ukrayna dünyadakı günəbaxan yağı istehlakının 42%-ni, qarğıdalının 16%-ni, buğdanın 9%-ni verir.

Beslinin sözlərinə görə, koronavirus, iqlim dəyişikliyi və Ukrayna müharibəsi səbəbindən dünyada aclıq çəkən insanların sayı 650 milyondan 810 milyona qalxıb.

Digər Xəbərlər
Xəbər Lenti