Gəncədən gələn sürpriz zəng: “Adını yazın, hamı bilsin”

17 İyun 2022 21:00 Problem 1 453
Gəncədən gələn sürpriz zəng: “Adını yazın, hamı bilsin”

“Tofiq Məmmədovun sədr seçilməsindən sonra Gəncədə böyük işlər görülməkdədir.

Artıq 3 veteran futbolçu işlə təmin olunub. Davamı da olacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Gəncə Futbol Veteranları Birliyinin sədr müavini Firuz Qulami bildirib.

Bir neçə gün əvvəl saytımızda dərc olunan “Kəpəz”də aləm bir-birinə dəyib – Hamı iş istəyir, qapılar qarşısında növbədir” başlıqlı yazıdakı ifadələr Gəncə veteranları arasında ciddi narahatlığa və narazılığa səbəb olub.

Yazıdan sitat:

“Biri Yaşar Vahabzadənin yerində oturmaq istəyir, o biri köməkçisi olmaq istəyir, bir başqası aşağı yaş qruplarından ibarət komandalardan iş umur.

Hətta inzibatçı və qarovulçu kimi çalışmağa razı olan(lar) da var. Təki iş olsun”.

Bəndənizə birbaşa Gəncədən ötürülən bu məlumat Qulamini razı salmayıb. Onun fikrincə, kiminsə qarovulçu işləməyə razı olması bütünlükdə Gəncə veteranlarına şamil oluna bilməz.

“Mənim 50, Tofiq müəllimin 64 yaşı var. Son 8 ayda Gəncə veteranlarının rahatlığı üçün əlimizdən gələni etməyə çalışırıq. Gördüyümüz işlərin davamını gətirmək üçün planlar qururuq.

Sizin yazınız isə işimizə kölgə, veteranları gözdən salır. Qarovulçu işləmək ayıb deyil, vaxtilə Rövşən Əhmədov fəhlə işləyirdi və bunu heç kimdən gizlətmirdi.

Sadəcə, qarovulçu işləməyə razı olan kimdirsə, onun adını yazın, hamı bilsin. Yoxsa camaat elə başa düşər ki, Gəncə veteranlarının hamısı qarovulçu işləmək istəyir, işsizlikdən əziyyət şəkir.

Ya da ki, həmin adam bizə yaxınlaşsın, görək problemi nədir, nə vaxt bizə müraciət edib mənfi cavab eşidib”.

Müzəffər Qasımovun vəfatından sonra Gəncə Futbol Veteranları Birliyinin sədr postu futbolçu karyerasını “Kəpəz”ə həsr etmiş Tofiq Məmmədova tapşırılıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"