AFFA prezidenti Rövnəq Abdullayev «Xan Lənkəran»ın rəhbərliyi ilə görüşməkdən imtina edib.
Bu barədə federasiyadan Sportinfo.az-a informasiya daxil olub.
Bildirilib ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin cənub təmsilçisinin nümayəndələrini R.Abdullayevlə bir araya gətirməyə çalışsa da, cəhdi heç bir nəticə verməyib.
Region Liqasında uğurlu mövsüm keçirən «ağ-yaşıllar» I Diviziona buraxılacağını gözləsə də, AFFA-nın İcraiyyə Komitəsi (İK) fərqli qərar verib.
İK həvəskar çempionatda çıxış edən «Araz Naxçıvan», «İmişli» və «Mingəçevir»in birinci dəstəyə yolunu açmaqla kfimayətlənib.
Federasiyanın «Xan Lənkəran»a bu siyahıda yer verməməsi yaxşı münasibətdə olmadıqları Mübariz Mənsimovla əlaqədardır.
AFFA başbilənlərində belə bir güman var ki, İstanbulda yaşayan «Xəzər Lənkəran»ın sahibi bu klubu da maliyyələşdirir və Pərviz Hüseynovu irəli verməklə, onun arxasında gizlənir.

