HƏYƏCAN SİQNALI: Təhlükəli yerdə oynanan KÜÇƏ FUTBOLU - VİDEO

17 İyun 2022 20:00 Problem 981
HƏYƏCAN SİQNALI: Təhlükəli yerdə oynanan KÜÇƏ FUTBOLU - VİDEO

Futbolun inkişafı həm də küçə futbolundan keçir. Əbəs deyil ki, neçə-neçə ulduz simalar məhz küçə futbolundan seçilərək böyük futbola addım atıblar.

Amma zaman keçdikcə sanki küçə futbolu da tarixin yaddaşına köçür. Uşaqların oynadığı meydanlarda hündürmərtəbəli binalar, restoranlar, obyektlər tikilir.

Oynamaq həvəsi ilə alışıb-yanan uşaqlar isə ya həftədə bir dəfə pullu stadionlara üz tuturlar, ya da qadağan olunmuş yaşıllıq sahələrdə gün keçirirlər.

Elə tanınmış sabiq futbol hakimi, indi isə AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin üzvü, gənc hakimlərə dərs keçən Ceyhun Haşımovun öz sosial şəbəkə hesabındakı paylaşımı da sonuncu faktımıza əyani sübutdur.

Ceyhun bəy də müvafiq qurumlara səslənərək, uşaqlarımıza şərait yaradılmasını istəyib.

Videodan da göründüyü kimi, oynamağa yer tapmayan az yaşlı futbol həvəskarları məcburən yol kənarında yerləşən yaşıllıq sahəyə üz tutublar. Videodan göründüyü kimi, ərazi çox təhlükəli yerdə yerləşir.

Ancaq oynamağa yer yoxdursa, uşaqları qınamağa da adamın dili gəlmir. Gərək məhəllələrdə futbol oynamaq üçün meydançalar olsun ki, uşaqlara da "bura futbol oynamaq yeri deyil" deyə biləsən.

Əgər bu uşaqların həyatı bizim üçün önəmlidirsə, meydançaların yaradılmasına və onların ixtiyarına verilməsi mütləqdir.

Yəqin ki, videonun bizim tərəfdən paylaşılması da məsələnin həlli istiqamətində növbəti addım kimi faydalı olar.

Ümid edək ki, tanınmış hakimimizi növbəti dəfə yol kənarında, təhlükə altında yox, öz məhəllələrində, asüdə yerdə top qovan uşaqları kameraya çəkən yerdə görəcəyik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti