“Ermənistanın keçmiş Prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 1998-ci il noyabrın 25-i Ermənistanın o dövrdəki rəhbərliyi ATƏT-in Minsk Qrupunun “vahid dövlət” adlandırılan təklifi əsasında danışıqlar aparmağa razılıq verib.
Sözügedən sənəddə isə, Qarabağın Azərbaycanla birlikdə onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində vahid dövlət təşkil etdiyi qeyd olunub.

