"Düzdür, onunla dalaşmamışam, lakin şəhərdə təsadüfən görüşəndə də salamlaşmırıq.
Üzünü çevirir və yanımdan çıxıb gedir".
Sportinfo.az xəbər verir ki, bu sözlər vaxtilə "İnter"də (indiki "Şamaxı") çıxış etmiş Mixail Makovskiyə aiddir.
2005-2006-cı illərdə ölkəmizdə legioner həyatı yaşamış ukraynalı hücumçu əkiz qardaşı, Bakıdaə da birlikdə çıxış etdiyi Vladimir Makovski ilə münasibətlərinin hazırda soyuq olduğunu açıqlayıb:
"Ona bir dəfə zəng etmək istədim, düşündüm ki, vəziyyəti pis olar. Amma zəng etmədim.
Yeri gəlmişkən, məni Vladimir adlandırırlar. Çünki bizi qarışıq salırlar, mən də bundan incimirəm. Ad günümüzdə də bir-birimizi təbrik etmirik.
Molodeçnoda valideynlərimizdən qalan mənzildə yaşayırdıq. O, mənə and içdi ki, evi satmayacaq.
Lakin mən Sankt-Peterburqun "Tosno" komandasına işləməyə getdikdən bir həftə sonra evi satdığını öyrəndim.
Qardaşımın danışılmış oyunlarda iştirak etdiyini xatırlayırsız? Görünən odur ki, cərimələri ödəmək lazım gəlib.
Hamıya deyir ki, mənzilin satışından mənim payım bankdadır. Amma yoxdur.
Mənzilin qiyməti 26-27 min dollardır. Bu, Molodeçno üçün normal məbləğdir".

