"Ağrıdan dişimi sıxmışdım, dua edirdim ki, yarış tez bitsin"

13 İyun 2022 00:50 Problem 735
"Ağrıdan dişimi sıxmışdım, dua edirdim ki, yarış tez bitsin"

"Ağrı və adrenalindən dişimi sıxmışdım. Dua edirdim ki, yarış tez bitsin".

Sportinfo.az xəbər verir ki, bunu "Mercedes" komandasında çıxış edən "Formula 1" pilotu Lüis Hemilton Azərbaycan Qran-prisindən sonra "Sky Sports"a açıqlamasında deyib.

7 qat dünya çempionu həmin ağrıları sözlə ifadə edə bilməyəcəyini söyləyib: "Amma ümumilikdə biz yaxşı vəziyyətdəyik. 3 və 4-cü yeri tutmaq komanda üçün əla nəticə sayılır".

Lüis Hemilton Bakıdakı yarışda 4-cü olub. Onun komanda yoldaşı Corc Rassell üçüncü yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti