Komaya düşmüş azərbaycanlı məşqçi üçün həkimlər nə söylədi?

12 İyun 2022 10:40 Problem 851
Komaya düşmüş azərbaycanlı məşqçi üçün həkimlər nə söylədi?

2020-ci ilin noyabrında komaya düşən Qəhrəman Əliyev növbəti dəfə müayinə edilib.

Koronavirusa yoluxandan sonra beyin insultu keçirən məşqçinin sağlıq durumunda ciddi irəliləyiş qeydə alınmayıb.

Vəziyyəti əvvəlki kimi sabit-ağır qiymətləndirilib. Vaxtilə «Viləş», «Şəmkir», «Xəzər Lənkəran», MOİK və «Bakı» kimi klublarda çalışmış mütəxəssisin müalicəsinin ev şəraitində davam etdirilməsi tövsiyə olunub.

Həkimlər pasiyentin nə vaxt özünə gələcəyinə dair dəqiq diaqnoz vermir. Onlar bu prosesin hər an baş verə biləcəyini qeyd eləməklə yanaşı, illərlə sürməsinin mümkünlüyünü də ehtimal olaraq irəli sürüblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti